BAKI, 18 oktyabr. TELEQRAF

İsrail ordusu Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Qəzza zolağında həlak olmuş daha bir girovun nəşini təhvil alıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş nazirliyinin ofisi məlumat yayıb.

Məlumata görə, hərbçilər yaxın vaxtlarda tabutu İsrail ərazisinə gətirəcək və məhkəmə-tibbi ekspertlər şəxsiyyətin müəyyənləşdirilməsi üçün ekspertiza aparacaqlar.

Həlak olmuş şəxsin adı hələlik açıqlanmayıb.