BAKI, 17 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında planlaşdırılan görüş bu gün Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Konqresinin fəaliyyətini işıqlandıran "Roll Call" nəşri məlumat yayıb.
Bildirilir ki, dövlət başçılarının görüşü qeyri-rəsmi şəraitdə, şam yeməyi zamanı keçiriləcək və mətbuat üçün qapalı olacaq.
Görüşdən sonra Donald Tramp saat 23:00-da Floridaya yola düşəcək.