BAKI, 17 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşünü təxminən iki saat ərzində yekunlaşdıracaq.

Teleqraf xəbər verir ki, "RİA Novosti" siyasətçinin gündəlik cədvəlinə istinadən bu məlumatı yayıb.

Məlumata görə, görüş Vaşinqton vaxtı ilə saat 13:00-da Ağ Evdə başlayacaq. Liderlər qapalı qapılar arxasında birlikdə nahar edəcəklər.

Cədvələ əsasən, Tramp axşam saat 15:00-da Floridaya yola düşəcək.