BAKI, 15 oktyabr. TELEQRAF
ABŞ-nin Corciya ştatında baş verən zəncirvari yol qəzası nəticəsində 8 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Cekson dairəsinin tibbi ekspert yardımçısı Din Strinqer məlumat verib.
Hadisə Corciya və Atlanta arasında yerləşən avtomobil yolunda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində baş verib. Qəza zamanı avtomobillər yandığına görə, ölənlərin şəxsiyyətini müəyyən etmək olmayıb.
Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, ilkin toqquşmadan sonra daha dörd nəqliyyat vasitəsi də qəza zəncirinə qoşulub.
Hadisə zamanı bölgədəki heyvan sığınacağına məxsus nəqliyyat vasitəsi də qəzaya düşüb. Avtomobildə olan 37 pişikdən bir neçəsi yanaraq yaralanıb, onlar hazırda müalicə altındadır.
İlkin araşdırmalara əsasən, qəza yük maşınının mikroavtobusla arasında kifayət qədər məsafə saxlamaması səbəbindən baş verib.