BAKI, 13 oktyabr. TELEQRAF

Meksikada güclü yağış, daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 44-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Meksikanın mərkəzi və cənub bölgələrində güclü yağış daşqın və torpaq sürüşmələrinə səbəb olub.