BAKI, 11 oktyabr. TELEQRAF
Meksikada güclü yağışlar nəticəsində baş verən daşqınlarda ən azı 30 nəfər həlak olub, bir neçə nəfər isə itkin düşüb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, daşqınlar sürüşmələrə səbəb olub, bəzi bölgələrdə elektrik enerjisinin verilişi dayandırılıb, çaylar isə daşaraq əraziləri su basıb.