BAKI, 11 oktyabr. TELEQRAF
ABŞ-də yeddi nazirlikdən dörd mindən çox dövlət qulluqçusu ixtisar olunub.
Teleqraf xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Bildirilib ki, ixtisarlar əsasən inzibati və dəstək sahələrində çalışan əməkdaşları əhatə edir.
Məlumat həmçinin qeyd edilib ki, bu ixtisarlar ölkədə baş verən büdcə böhranı və hökumət fəaliyyətinin dayandırılması (şatdaun) səbəbindən həyata keçirilib.