BAKI, 8 oktyabr. TELEQRAF
Böyük Britaniyada 2024-cü ildə 1 611 evsiz insan, o cümlədən 11 uşaq həyatını itirib.
Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, bu, əvvəlki illərlə müqayisədə 9 faiz artım deməkdir.
Ölümlərin yarıdan çoxu intihar, narkotik və ya alkoqol aludəçiliyi ilə bağlı olub.
Məlumata görə, bir çox evsiz şəxs xəstəxanalardan buraxıldıqdan sonra və ya müvəqqəti sığınacaqlarda həyatını itirib.
2025-ci ilin martına olan rəqəmlərə görə, İngiltərədə 131 min ailə müvəqqəti sığınacaqlarda yaşayır ki, bu da rekord göstəricidir. Bu sığınacaqlarda yaşayan uşaqların sayı 169 minə çatıb.
Evsizlərə yardım təşkilatları hökuməti təhlükəsiz mənzil təmin etməyə və müvafiq tədbirlər görməyə çağırır.