BAKI, 7 oktyabr. TELEQRAF
ABŞ Senatı Konqresdə federal hökumətin maliyyələşdirilməsini bərpa etmək üçün təqdim olunan iki qanun layihəsini yenidən rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə "C-SPAN" televiziya kanalı məlumat verib.
Respublikaçılar tərəfindən hazırlanmış və əvvəlcə Nümayəndələr Palatası tərəfindən təsdiqlənmiş qanun layihəsi 52 senatorun səsini alıb, 42 senator isə əleyhinə çıxıb. Demokratların təqdim etdiyi layihəyə isə 45 senator dəstək verib, 50 senator isə qarşı çıxıb. Qanun layihələrinin təsdiqlənməsi üçün Senatda ən azı 60 səs tələb olunur.
Beləliklə, senatorlar federal hökumətin işini qismən dayandıran maliyyə böhranını aradan qaldıra biləcək sənədi təsdiqləyə bilməyiblər.
ABŞ-də şatdaun 1 oktyabr tarixində, maliyyələşdirmənin olmaması səbəbindən başlayıb.