BAKI, 7 oktyabr. TELEQRAF

Mançesterdəki sinaqoqa terror hücumundan bir neçə gün sonra Böyük Britaniyanın Naş naziri Kir Starmer tələbələri 7 oktyabr 2023-cü il terror hücumlarının ildönümündə Fələstinə dəstək aksiyalarında iştirak etməməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Independent” yazıb.

Starmer bildirib ki, tələbələr etiraz aksiyaları keçirməkdənsə, həmin hadisələrin qurbanlarını yad etməlidirlər.

Baş nazirin sözçüsü əlavə edib ki, Britaniyada etiraz azadlığı mövcud olsa da, hazırkı vəziyyəti nəzərə alaraq bu cür aksiyaların keçirilməsi doğru addım sayılmır.