BAKI, 2 oktyabr. TELEQRAF

Rusiya və Ukrayna arasında eyni sayda əsir mübadiləsi həyata keçirilib.

Teleqraf xəbər verir ki, əsirləri daşıyan təyyarələr artıq Moskva və Kiyevə eniş edib.

Oktyabrın 2-də Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Kiyevin nəzarətində olan ərazidən 185 hərbi qulluqçusunu geri alıb və bunun müqabilində 185 ukraynalı hərbi əsiri təhvil verib.

Əsirlər tibb müəssisələrində müalicə olunacaqlar.