BAKI, 23 sentyabr. TELEQRAF
İran xarici işlər naziri Abbas Əraqçi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər İran ilə AEBA arasındakı son münasibətləri müzakirə ediblər.