BAKI, 17 sentyabr. TELEQRAF

Sentyabrın 25-də Bakıda Suriya və İsrail arasında təhlükəsizlik görüşü keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News Arabia" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrail bir neçə həftə əvvəl Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib.

Sentyabrın 17-də Londonda İsrailin strateji planlaşma naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani arasında görüş keçiriləcək və tərəflər təhlükəsizlik razılaşması təklifini müzakirə edəcəklər.

Qeyd edilib ki, danışıqlarda ABŞ-nin xüsusi elçisi Tom Barrak da iştirak edəcək.