BAKI, 28 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində baş verən atışma nəticəsində həlak olanların xatirəsinə ölkədə və xaricdə hökumət binalarında bayraqların yarıya endirilməsi barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir: “Minneapolisdəki zorakılıq qurbanlarına hörmət əlaməti olaraq, 31 avqust 2025-ci il tarixində gün batana qədər ABŞ bayrağının Ağ Evdə və bütün hökumət binaları və ərazilərində yarıya qədər endirilməsini əmr edirəm”.
***
23:35
Minneapolisdə katolik məktəbinə hücum özünü transgender hesab edən 23 yaşlı Robin Vestman tərəfindən həyata keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə yerli KARE 11 telekanalı məlumat yayıb.
Məlumata görə, atəş açan şəxs 2020-ci ildə adını Robertdən Robinə dəyişib. Hücum edənin anasının əvvəllər həmin katolik məktəbində işlədiyi də məlumdur.
Məktəbə hücumdan sonra Vestman intihar edib.
***
19:11
ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.
Teleqraf xəbər verir ki, bu barədə ştat qubernatoru Tim Valz "X" hesabında məlumat yayıb.
"Mənə katolik məktəbində atışma barədə məlumat verilib", - deyə o, paylaşımda qeyd edib.
Məlumata görə, hadisə nəticəsində üç nəfər ölüb, iyirmi nəfər yaralanıb. Atəş açan şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hazırda hadisə yerinə cəlb olunduqları qeyd olunub.
Qeyd edək ki, katolik məktəbdə məktəbəqədər yaşdan səkkizinci sinfə qədər uşaqların təhsil aldığı bildirilir.