BAKI, 30 iyul. TELEQRAF
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin adı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin "Axtarılanlar" siyahısına salınıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin regional bazasında yer alıb.
Məlumatda qeyd olunub ki, axtarışın səbəbi hakimiyyət nümayəndəsinə zorakılıqla bağlı açılan cinayət işidir.
Xatırladaq ki, Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski həmin cinayət işi çərçivəsində saxlanılmış, daha sonra onun haqqında həbs qətimkan tədbiri seçilmişdi.
