BAKI, 30 iyul. TELEQRAF

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, o və vəkili bu qərara etiraz etsə də, məhkəmə əvvəlki qərarı qüvvədə saxladı.

Qeyd edək ki, iyulun 16-da Yekaterinburqun Lenin rayon məhkəməsi Mutvalı Şıxlinski barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.