BAKI, 29 iyul. TELEQRAF
Pekində yağan leysan yağışları və onların törətdiyi daşqınlar azı 30 nəfərin həyatına son qoyub, hakimiyyət orqanları 80 mindən çox sakini təxliyə edib.
Teleqraf xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, ölənlərdən 28-i şəhərin şimal hissəsində yerləşən Miyun rayonunun sakinləridir. Yağan leysan bölgəsində magistral yollara və elektrik xətlərinə ciddi ziyan vurub.
Pekində son bir neçə gündə yağıntının orta miqdarı təxminən 166 mm-dir. Şəhərin bəzi ərazilərində bu rəqəm 544 mm-ə çatır.
Çin sədri Si Cinpin insan tələfatının qarşısını almaq üçün maksimum səy göstərilməsi barədə göstəriş verib.
***
01:55
Çində baş verən təbii fəlakət nəticəsində ölkənin mərkəzində lil və zibil seli maşınları və insanları yuyub aparır.
Teleqraf xəbər verir ki, Pekinin küçələrini su basıb, evlərin birinci mərtəbələri palçıqlı suyun altına qalıb.
Yerli medianın məlumatına görə, buna ötən gün metropolisə yağan güclü yağışlar səbəb olub.
Fəlakət nəticəsində iki nəfər ölüb.
Hakimiyyət Miyun rayonunda son 60 ilin ən güclü daşqınlarına görə təhlükənin ən yüksək səviyyəsini elan edib.
Bu səbəbdən 3 mindən çox sakin təxliyə edilib, qalanlarına küçələrə çıxmamaq və su hövzələrinə yaxınlaşmamaq tövsiyə olunub.