BAKI, 23 iyul. TELEQRAF
Türkiyə və Böyük Britaniya “Eurofighter Typhoon" qırıcı təyyarələrinin Türkiyəyə satışına icazə verən anlaşma memorandumu imzalayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, bu gün iki ölkənin müdafiə nazirləri birgə Anlaşma Memorandumu imzalayıblar.
"Bu sənəd tərəflər arasındakı münasibətləri rəsmiləşdirir və "Typhoon" təyyarələri ilə bağlı tamhüquqlu razılaşmaya bir addım daha yaxınlaşdırır",- məlumatda deyilir.