BAKI, 20 iyul. TELEQRAF
İsrailin bombaladığı Qəzza zolağında yaşayan və ağır xəstəliklərdən əziyyət çəkən üç uçağın müalicə üçün təxliyəsindən imtina edən Britaniya hökuməti məhkəməyə verilib.
Teleqraf Britaniyanın “The Guardian” qəzetinə istinadən xəbər verir ki, hökumət bir hüquq şirkətinin 2-5 yaşları arasında olan üç qəzzalı uşağın təxliyəsi iə müraciətinə "yox" cavabı verib.
Uşaqların hər biri ağır xəstəlikdən əziyyət çəkir.
İngiltərənin xarici işlər və daxili işlər nazirlikləri müalicə üçün İngiltərəyə gəlmələri tələb edilən üç uşağın təxliyəsinə icazə verməyib.
Sərhədsiz Həkimlər Təşkilatının Qəzzadan tibbi təxliyə üzrə koordinatoru Hani İsleem bildirib ki, bəzi ölkələr xəstələrin uzun müddət qalma riskinə görə onları qəbul etməkdən imtina edir.