BAKI, 19 iyul. TELEQRAF
Avropa İttifaqı Rusiyanın xalq artisti Karen Şahnəzərova və daha 9 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.
Teleqraf xəbər verir ki, Aİ Şurasının Rusiya Federasiyasına qarşı 18-ci sanksiyalar paketinin tətbiqi ilə bağlı qətnaməsi Aİ-nin Rəsmi Jurnalında dərc olunub.
Siyahıda Şahnazarovdan başqa, Ərazilərin İnkişafı Fondunun rəhbəri İlşat Şaqiaxmetov, Krımın mədəniyyət nazirinin birinci müavini Olqa Burova, V.İ.Vernadski adına Krım Federal Universitetinin rektoru vəzifəsini icra edən Vladimir Kuryanov, “Volgatrans” şirkətinin baş direktoru Viktor Fofanov, "Fosaqro"nun səhmdarı Tatyana Litvinenko və başqaları da var.
Sanksiya siyahısına Azərbaycan, İran, Hindistan və Çinin hər birinin bir vətəndaşı da daxildir.
"2 Rivers Group" neftdaşıma şirkətinin səhmdarı olan Azərbaycan Respublikasının vətəndaşı Əhməd Kərimovun adı da yeni sanksiya paketinə daxil edilib.