BAKI, 17 iyul. TELEQRAF
Böyük Britaniya hökuməti vətəndaşlara 16 yaşdan etibarən seçkilərdə səsvermə hüququ verməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, bu dəyişikliklər Britaniya demokratiyasının müasirləşdirilməsi çərçivəsində həyata keçiriləcək geniş islahatların bir hissəsidir.
Qeyd olunub ki, 16 və 17 yaşlı bir çox gənc artıq işləyir, orduya xidmət edə bilir və ictimai həyatda fəal iştirak edir.