BAKI, 17 iyul. TELEQRAF

Rusiya yaxın günlərdə Ukraynaya daha 3000 ukraynalı hərbçinin meyitini təhvil verməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti"yə danışan mənbə məlumat verib.

Onun sözlərinə görə, bu proses artıq başlayıb və cümə axşamı baş tutan ilk təhvilvermə bu prosesin başlanğıcıdır.

Qeyd edək ki, bu gün Rusiya Ukraynaya 1000 əsgərin meyitini təhvil verib.