BAKI. 16 iyul. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ukraynada sülhə nail olmaq istəyir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“O, tez-tez sülh istədiyini deyirdi. Mən də düşünürəm ki, o istəyir. Ümid edirəm ki, o istəyir. Tezliklə bunu öyrənəcəyik və bu, 50 gündən də tez baş verə bilər”, - Tramp Vaşinqton yaxınlığında yerləşən Endrüs hərbi bazasında jurnalistlərə bildirib.
ABŞ lideri iyulun 14-də bəyan edib ki, əgər 50 gün ərzində Moskva və Vaşinqton Ukraynada münaqişənin nizamlanması barədə razılığa gəlməsə, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100%-lik idxal rüsumları tətbiq edəcək.