BAKI, 12 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) və Meksikadan idxal edilən məhsullara 30 faiz rüsum tətbiq etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Amerika lideri sosial şəbəkə hesabında paylaşım edib.
Dövlət başçısının sözlərinə görə, avqustun 1-dən etibarən Aİ və Meksikadan Amerikaya gətirilən mallara 30 faiz rüsum tətbiq olunacaq.
ABŞ ötən il Meksikadan təxminən 500 milyard, Aİ-dən isə 606 milyard dollarlıq məhsul idxal edib.