BAKI, 25 iyun. TELEQRAF

Böyük Britaniya ABŞ-dən “B61-12” taktiki termonüvə bombaları daşıya bilən 12 ədəd “F-35A” döyüş təyyarələri alacaq.

Teleqaf “The Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Baş nazir Kir Starmerin ofisi məlumat verib.

Britaniya rəhbəri bildirib: "Qeyri-müəyyənlik dövrdə artıq sülhü təbii qəbul edə bilmərik. Buna görə də hökumət milli təhlükəsizliyimizə sərmayə qoyur".

Məlumata görə, Böyük Britaniyanın NATO missiyaları çərçivəsində belə silahlardan istifadə edə biləcəyi planlaşdırılır. Londonun təkliflərinə əsasən, 2008-ci ildən bəri ilk dəfə Amerika nüvə silahını Böyük Britaniya ərazisində yerləşdiriləcək.