BAKI, 24 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 10 yeni nüvə reaktorunun tikintisinə başlamaq haqqında sərəncam imzlayıb.

Teleqraf xəbər verir ki, sərəncama əsasən, 2030-cu ilə qədər prosesə başlanılmalıdır.

Qeyd olunur ki, bu, ABŞ-nin enerji ehtiyaclarını müstəqil şəkildə qarşılayacaq.

Bildirilib ki, ölkənin Energetika Departamenti 2030-cu ilə qədər mövcud nüvə reaktorunun gücünün 5 GVt artırmalıdır.