BAKI, 24 may. TELEQRAF
SpaceX-in “Dragon” yük kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyadan (BKS) uğurla ayrılıb və təchizat və avadanlıq yükü ilə Yerə qayıdır.
Teleqraf xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Məlumata görə, pilotsuz kosmik gəminin Yer atmosferinə daxil olduqdan sonra mayın 25-i yerli vaxtla saat 1:45-də Kaliforniya sahilləri yaxınlığında enişi planlaşdırılır.
Qeyd edək ki, “Dragon” aprelin 22-də orbital stansiyaya gəlib və ekipaj üçün təchizat, elmi tədqiqatlar üçün avadanlıq və materiallar daxil olmaqla 3 tona yaxın yükü çatdırıb.