BAKI, 23 may. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqlar üçün İtaliyanın paytaxtı Romaya səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi “X” hesabında paylaşım edilib.

“Danışıqların məqsədi nüvə proqramı ilə bağlı razılaşma əldə etməkdir. Əgər İran nüvə silahlarından tamamilə imtina edirsə razılaşma mümkündür. Əgər ABŞ İranın uranı zənginləşdirməsini tam qadağan etmək istəyirsə razılaşma olmayacaq. Danışıqların nəticəsi bu iki şərtdən hansının qəbul ediləcəyindən asılı olacaq”,- paylaşımda deyilir.