BAKI, 19 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə şəxsi görüş keçirməyə açıqdır.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bununla belə, administrasiya Tramp və Putinin planlaşdırılan telefon danışığının nəticələrinin gözlənilməsinin daha məqsədəuyğun olduğunu qeyd edib.

"Tramp şəxsi görüş ideyasına qarşı deyil, lakin əvvəlcə onların danışıqlarının nəticələrini görmək lazımdır", – deyə Ağ Evdən bildirilib.