BAKI, 15 may. TELEQRAF

"İran təzyiqlərə baş əyməyəcək".

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın Körfəz turu çərçivəsində Tehranı təhdid etməsinə cavab olaraq deyib.

"O (Tramp – red.) düşünür ki, buraya gəlib şüarlar səsləndirə və bizi qorxuda bilər. Bizim üçün şəhidlik yataqda ölməkdən daha şirindir. Bizi qorxutmağa gəldiniz? Biz heç bir təzyiqlərə baş əyməyəcəyik", - o, dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı bildirib.