BAKI, 1 may. TELEQRAF

Rusiyanın Avropa ölkələri ilə münasibətləri gec-tez bərpa olunacaq.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin təhsil marafonunun iştirakçıları ilə görüşündə deyib.

"Şübhə etmirəm ki, biz gec-tez Avropa ilə münasibətləri bərpa edəcəyik. Biz sizin kimi insanlara - İspaniyada doğulub boya-başa çatmış şəxslərə arxalanırıq", - deyə dövlət başçısı "Ölməz alay" beynəlxalq hərəkatının İspaniyadakı koordinatoru, Madriddəki yürüşlərin təşkilatçısı Viktoriya Samoylova ilə söhbəti zamanı bildirib.

Rusiya lideri həmçinin qeyd edib ki, Avropada Rusiya Federasiyasının mövqeyini bölüşən çoxlu sayda insan var.