BAKI, 22 aprel. TELEQRAF
Hindistanın Caypur şəhərində pələng ailəsi ilə birlikdə məbəddən qayıdan uşağa hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə NDTV məlumat yayıb .
Məlumata görə, olay zamanı 7 yaşlı Kartik Suman atası və nənəsi ilə birgə olub.
Nənə bildirib ki, məbəddən qayıdarkən Sumanın əlindən tutub. Qəfil pələng yola atılıb. Vəhşi heyvan dişlərini uşağın boynuna batırıb, onu nənəsinin əlindən alıb kolların içinə sürükləyib.
Bütün bunlar uşağın atasının gözləri qarşısında baş verib. Uşağın qalıqları tapılaraq ailəsinə təhvil verilib.
Bu faciədən sonra məbədə gedən yolun mühafizəsi gücləndirilib.