BAKI, 20 aprel. TELEQRAF
Turistlərə Hindistanın hər əyalətini araşdırmaq üçün 20 il lazımdır.
Teleqraf xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi “Rossiya 24” telekanalına bildirib.
Siyasətçi vurğulayıb ki, ölkəsini yaxşı tanımaq üçün iyirmi il kifayət olmaya bilər.
N.Modi izah edib: "Hindistan o qədər nəhəng ölkədir ki, onu görmək üçün hər ştatda ildə ən azı bir ay qalmalı və onu tam gəzib öyrənmək üçün 20 il sərf etməlisən. Hətta bu müddət də sənə kifayət etməyəcək".