BAKI. 20 aprel. TELEQRAF
Çin hərbi dəniz bazasında ən azı bir nüvə sualtı qayığı var.
Teleqraf “IFLScience” nəşrinə istinadən xəbər verir, bu barədə analitik Aleks Lak məlumat verib.
A.Lak “Google Earth”dən əldə edilən yeni peyk şəkilləri nümayiş etdirib. O, iddia edir ki, Çinin hərbi dəniz bazasında ən azı altı sualtı qayığı yerləşib. Söhbət Şandun əyalətinin şərqindəki Qinqdaodakı bazadan gedir.
Analitikin fikrincə, Çinin personalında ən azı 1 nüvə sualtı qayığı var. Digərlərinin adi silahlara malik təlim qayıqları olması gümün edilir.