BAKI, 20 aprel. TELEQRAF
Birləşmiş Ərəb Əmirliklərinin ( BƏƏ ) Xarici İşlər Nazirliyi Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsini ən irimiqyaslı mübadilə olduğunu bildirib.
Teleqraf xəbər verir ki, press-reliz qurumun saytında dərc olunub.
Sənəddə deyilir: “BƏƏ Rusiya Federasiyası ilə Ukrayna arasında yeni əsir mübadiləsinə uğurla vasitəçilik edib ki, bu, indiyə qədərki ən böyük mübadilə olub”.
Ölkə XİN-i əməkdaşlığa görə tərəflərə təşəkkür edib və bildirib ki, son uğurlu əsir mübadiləsi “hər iki ölkənin BƏƏ-yə olan inamını və minnətdarlığını əks etdirir”. Nazirlik Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəklədiyini vurğulayıb.
Aprelin 19-da Rusiya və Ukrayna “246-246” formuluna əsasən əsirləri dəyişdiriblər.