BAKI. 20 aprel. TELEQRAF

Türkiyənin Xarici işlər naziri Hakan Fidan HƏMAS lideri Məhəmməd Dərvişlə görüşüb.

Teleqraf “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə Qəzzada atəşkəsə nail olmaq səyləri müzakirə edilib.

Tərəflər İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı da müzakirələr aparıblar.

Görüşdə Fələstin qruplaşmaları arasında barışıq əldə etmək səyləri də müzakirə olunub.