BAKI, 19 aprel. TELEQRAF

Londonda ABŞ, Avropa və Ukrayna “yaxın gələcəkdə mümkün atəşkəslə" bağlı bir araya gəlməlidir.

Teleqraf xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq "Fox News" telekanalında belə deyib.

Kelloq bildirib ki, Parisdə keçirilən görüşdə yaxın gələcəkdə mümkün atəşkəs barədə müzakirələr aparılıb. Gələn həftə müzakirələr Londonda davam etdiriləcək.

O deyoib: "Düşünürəm ki, qarşımızda böyük bir fürsət var".

Xatırladaq ki, Londonda Paris danışıqlarının iştirakçılarının, yəni ABŞ, Avropa və Ukrayna nümayəndələrinin görüşü planlaşdırılır.