BAKI, 19 aprel. TELEQRAF

Rusiya- Ukrayna müharibəsi başlamasından sonra 200-dən çox uşaq Azərbaycana gətirilərək reabilitasiya olunub.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın Azərbaycandaki səfiri Yuri Qusev “Uşaqlar üçün, gələcək naminə. Ukrayna-Azərbaycan” (For Children for Future UA-AZ) adlı xeyriyyə incəsənət aksiyasının mətbuat konfransında bildirib:

“Bu uşaqlar Rusiyanın işğalı altında olan ərazilərdən təxliyə olunub və Azərbaycanda sığınacaq tapıblar. Azərbaycan dövləti və xalqı olaraq bu uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk. Hazırda onların reabilitasiyası davam etdirilir və bu prosesin uğurla baş tutması üçün müxtəlif qurumlar, həmçinin beynəlxalq və yerli təşkilatlar iqtisadi və humanitar baxımdan dəstək göstərirlər".

Səfir uşaqların reabilitasiyasında göstərdiyi dəstəyə görə bütün tərəfdaşlara, yardımsevər insanlara və təşkilatlara dərin təşəkkürünü bildirib.