BAKI, 19 aprel. TELEQRAF

Çeçenistan rəhbərinin oğlu, ölkənin bədən tərbiyəsi və idman naziri Axmat Kadırov Qroznı şəhərinin fəxri vətəndaşı adına layiq görülüb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb .

Mükafatı respublika güləş mərkəzinin açılışı zamanı Ramzan Kadırov özü təqdim edib. Ölkə rəhbəri həmçinin rayon güləş federasiyasının nümayəndələrini, müvafiq idarənin əməkdaşlarını, məşqçi və idmançıları mükafatlandırıb.

Axmat Kadırov 2024-cü ilin may ayından Çeçenistan Respublikasının bədən tərbiyəsi və idman naziridir. O, eyni zamanda “Axmat” futbol klubunun prezidentidir.