BAKI, 18 aprel. ТELEQRAF.
Avropa ABŞ-dən nümunə götürməli və Ukraynadakı münaqişədən kənara çəkilməlidir, o zaman Rusiya məsələni tez bir zamanda həll edəcək.
Teleqraf xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün X səhifəsində belə yazıb.
O bildirib: "Amerika rəsmiləri Ukrayna məsələsində irəliləyiş olmasa, ABŞ-ın "ortadan çəkliəcəyini" deyiblər. Müdrik addımdır. Avropa da belə etməlidir. O zaman Rusiya məsələni daha tez həll edər".