
BAKI, 18 aprel. TELEQRAF
İsrailin Qəzza zolağına endirdiyi növbəti hava zərbələri nəticəsində azı 17 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, aprelin 18-də İsrail ordusu Fələstin anklavının cənubundakı Xan Yunis şəhərinin ətrafını, eləcə də şimaldakı Cəbəliya şəhərini bombalayıb.