BAKI, 18 aprel. TELEQRAF

ABŞ-nin keçmiş Prezidenti Co Bayden tədbirlərdə çıxış etmək üçün 300 min dollar istəyir.

Teleqraf xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb .

Məlumata görə, sabiq Amerika lideri spiker kimi xidmətlərini təklif edir. Onun çıxışlarına böyük tələbat olmadığı bildirilir.

C.Bayden prezidentlik müddəti başa çatdıqdan sonra ilk ictimai çıxışını yanvarın 20-də Çikaqoda əlillərin hüquqlarının müdafiəsi tədbirində edib .

Xəbərdə bildirilir ki, ABŞ-nin digər sabiq prezidenti Barak Obamanın vəzifədən getdikdən sonra çıxışının dəyəri 400 min dollar olub.