BAKI, 18 aprel. TELEQRAF

Parisdə ABŞ və Avropa nümayəndələri arasında Ukraynanın sülh yolu ilə nizamlanması üzrə danışıqlar məhsuldar olub.

Teleqraf xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb .

"Bunlar konstruktiv danışıqlar olub və bu, bizə mövqelərimizi bir-birinə yaxınlaşdırmağa imkan verib. Avropa Ukrayna danışıqlarında yer alır", - Fransa prezident administrasiyası bildirib .

Aprelin 17-də Fransa Prezidenti Makron Yelisey sarayında ABŞ rəsmiləri Rubio və Bitkoff ilə görüşüb. Onlar Ukraynadakı münaqişənin həlli və bir sıra digər məsələləri müzakirə ediblər.