
BAKI, 18 aprel. TELEQRAF
“Ukraynada atəşkəs indiki mərhələdə real deyil”.
Teleqraf "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib .
O, enerji infrastrukturu ilə bağlı məhdud atəşkəs cəhdinin olduğunu, Ukrayna tərəfinin buna əməl etmədiyini iddia edib.
V.Nebenzya həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ukraynada sülhə dair sənədinin qəbulu bir sıra şərtlərdən asılı olacaq.
"Bizim artıq Birləşmiş Ştatların təşəbbüsü ilə qəbul edilmiş münaqişəyə son qoymağa çağıran bir qətnaməmiz var. Gəlin görək, əgər hər hansı razılığa gələ bilsək, Təhlükəsizlik Şurası konkret olaraq nə edəcək? Hər şey mümkün atəşkəsin şərtlərindən və sənədin dilindən asılıdır", - Nebenzya bildirib.