
BAKI, 18 aprel. TELEQRAF
Ukrayna və ABŞ mineral ehtiyatlara dair saziş bağlamaq niyyəti haqqında memorandum imzalayacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko məlumat verib.
"Ukrayna və Amerika Birləşmiş Ştatları xalqımız üçün faydalı olacaq sazişi bağlamaq niyyətini təsdiq edən memorandum imzalayıblar. İmzalanmış sənədin məcburi qüvvəsi yoxdur. Tərəflər arasında danışıqlar davam edir", - deyə, nazir bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 24-də Vaşinqton və Kiyevin Ukraynanın mineral ehtiyatlarına dair saziş bağlayacağını bildirmişdi .