BAKI, 18 aprel. TELEQRAF

İtaliyanın Neapol şəhəri yaxınlığındakı Faito dağında kanat yolun çökməsi nəticəsində üçü turist olmaqla dörd nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı xəsarət alan bir qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisəyə səbəb kimi kabelin qırıldığı bildirilir. Qəzadan sonra uçurumun üstündən asılı qalan başqa bir kabinədə olan 9 nəfər - turistlər xilas edilib.