BAKI, 18 aprel. TELEQRAF

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs və İsrail qoşunlarının çıxarılması müqabilində girovların azad edilməsi ilə bağlı danışıqlara başlamağa hazırdır.

Teleqraf "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu hərəkatın Qəzzadakı lideri Xəlil əl-Həyya bildirib.

O, hərəkatın dərhal danışıqlara başlamağa hazır olduğunu vurğulayıb.