BAKI, 18 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında Ukrayna lideri Volodimir Zelenskinin Rusiya ilə münaqişənin qarşısını almaq üçün kifayət qədər iş görmədiyini deyib.

Teleqraf xəbər verir ki, Amerika lideri Ukrayna rəhbərinin “böyük pərəstişkarı” olmadığını vurğulayıb.

D.Tramp bildirib: “Rusiya daha böyükdür, hərbi gücü var. Ağıllı insanlar hərbi münaqişələrə qarışmırlar. Mən Zelenskini qınamıram. Amma işini yaxşı gördüyünü də müşahidə etmədim”.