BAKI, 17 aprel. TELEQRAF
Prezident Volodimir Zelenski Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ-a göndərdiyi məktubunda Ukraynanı enerji sektoruna hücumlarla bağlı ittiham edən fikirləri uydurma və yalan adlandırıb.
Teleqraf “Ukrinform”a istinadən xəbər verir ki, bunu dövlət başçısı brifinq zamanı deyib.
"Düzünü desəm, biz rusların ABŞ-yə göndərdiyi sənədi görmüşük. Lavrov onlara yazıb ki, guya biz onların enerji sektoruna hücum edirik. Bu doğru deyil, baxmayaraq ki, onlar nə isə uydururlar. Deyərdim ki, ruslar belə məsələlərdə “yaradıcıdırlar", - Zeleski qeyd edib.
Onun sözlərinə görə, Ukrayna da öz növbəsində Rusiya tərəfindən enerji barışığını pozması ilə bağlı bütün halları qeydə alır.