
BAKI, 17 aprel. TELEQRAF
“2008-ci ilin avqustunda Cənubi Osetiya ilə müharibəni Gürcüstan deyil, keçmiş Prezident Mixail Saakaşvili başladıb”.
Teleqraf “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir bildirib: “Münaqişənin başlamasının arxasında məhz Saakaşvilinin “qeyri-qanuni və cinayətkar rejimi” dayanıb. Bu, ayrıca araşdırma tələb etmir. Saakaşvilinin dövründə hakimiyyət “çoxsaylı cinayətlər” törədib”.